Tarix
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür.
Publika.az xəbər verir ki, bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.
Məlumatda deyilir ki, müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri var. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Ölkəmizdə Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr xüsusi qeyd edilməlidir.
Pərviz Hüseyn
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi





















.png)
















