Tarix
Kəllə məbədi, zorlanan əsgərlərin başlarından ibarət kolleksiya: DƏHŞƏT SAÇAN TAPINTILAR
Qədim insanların qalıqlarına dünyanın hər nöqtəsində rast gəlmək mümkündür. Arxeoloqlar düşünürlər ki, tapıntılar arasında tarixi baxımdan ən dəyərliləri kəllə sümükləridir. Çünki məhz kəllə sümükləri əcdadlarımızın həyat tərzi, məişəti, adətlərini ehtiva edən dəyərli məlumat mənbələridir.
Publika.az dünya arxeoloqlarının bu baxımdan ən dəyərli tapıntılarını təqdim edir.
İlk avropalının kəllə sümüyü
2008-cı ildə İsrailin şimalında yerləşən Mano ərazisindən arxeoloqlar üçün çox dəyərli mənbə sayılan kəllə sümüyü tapılıb. Bu tapıntı müasir insanların 60 000-70 000 min il əvvəl Afrika qitəsini tərk etdiklərini sübuta yetirir. “Manot 1” adı verilən bu sümük Afrikanın sərhəddində tapılan kifayət qədər qədim dövrü əhatə edən tarixi mənbədir. Onun sayəsində alimlər ilk avropalıların xarici görünüşünə dair məlumat əldə edə biliblər. Bü gün insan beynin orta ölçüsü 1400 millilitrdir. Manot insanında isə bu miqdar 1100 millilitr olub.

Romalılıarın "kəllə" kolleksiyası
Qədim Romanın tarixini araşdıran alimlər sübut ediblər ki, romalı cəngavərlər zəfər anında düşmənlərinin başını kəsərmişlər. 1988-ci ildə tapılmış dəhşətli mənbə göstərib ki, romalılar bu təcrübələrini britaniyalıların da üzərində həyata keçirdiblər. Buna sübut olaraq Londonda tapılmış nə az nə çox düz 39 kəllə sümüyünü misal çəkmək olar. Bu tapıntılar eramızın ikinci əsrinə aid edilir. Bu tapıntıların əksəriyyəti gənc kişilərə məxsusdur. Onların hər birinin üzərində şiddətli işgəncə izləri aşkarlanıb. Çox güman ki, romalılar əsgərlərin başını kəsmədən oncə onlara təcavüz ediblər.

100 000 il əvvəl yaşamış müasir insan
1979-cu ildə Çində kəllə sümüyü tapılıb. Ən maraqlısı odur ki, 100 000 il bundan əvvələ məxsus olan bu tapıntı skan edildikdən sonra məlum olub ki, bu müasir insanın kəllə sümüyünə çox bənzəyir. Bu tapıntı bir daha sübut edir ki, yaşadığımız dünyanın sonsuz sirlərindən xəbərsizik.

Kəllələrdən tikilmiş məbəd
Konkistador Andres de Tapia adlı tarixçi Meksika ərazisindəki bir mağarada gördüklərindən dəhşətə gəldiyini bildirir. Burada yaşayan asteklərin qurbanvermə ayinləri insanın damarda qanını dondurur. 2017-ci ildə arxeoloqlar bu əraziləri bir daha araşdırmağa başladılar və 676 ədəd kəllə sümüyündən tikilmiş 6 metr hündürlüyündə məbəd tapdılar. Sümüklər araşdırılan zaman isə alimlər ikiqat təəccübləndilər. Bu məbədin tikilməsində yalnız kişilərin deyil həmçinin qadınlar və azyaşlı uşaqların kəllə sümüyündən də istifadə edilmişdi.

Çağdaş oxucu bu tarixi tapıntıları, qəbilələr arasındakı barbar savaşları hiddətlə oxuyur. Lakin ətrafımıza diqqətlə nəzər salsaq, bu gün də vəziyyətin ürəkaçan olmadığının, azğınlaşmış sivilizasiyaların qanlı müharibələrinin şahidi olarıq. Kədərlisi odur ki bu özbaşınalığın qurbanları əsrlər boyu dinc əhali olub, vəziyyət yenə də dəyişməz olaraq qalır.

Leyla Sarabi
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov






































