Tarix
Mussolinini həbs edən AZƏRBAYCANLI kim idi? - - FOTO
Mixaylo ilə bağlı araşdırma aparan zaman italiyalı alim De Felicenin 1997-ci ildə Torino şəhərində çap etdiyi ”Renzo Mussolini. L’Alleato. 2: La guerra civile, 1943–1945″ kitabında və Fransalı professor Pyer Mİlzanın “Son günlərdə Mussolini” adlı məqaləsində sovet partizanı Vilayət Hüseynov barədə yazıya rast gəldim.
Qazax şəhərində anadan olan və 1941-ci ildə müharibəyə gedən Vİlayət Hüseynov döyüşün ilk günlərində əsir düşür. Lakin italyan Valter Audisin rəhbərlik etdiyi partizan dəstəsinə qoşulur. Onunla birgə Azərbaycandan bir neçə nəfər də olur. İkisinin adı Həmzə və Bəşirin adı da mənbədə qeyd edilir.
1945-ci il, aprelin son günləri almanlar və Mussolininin tərəfdaşları İsveçrə sərhədinə tərəf sıxışdırılırdı. Xəbər gəldi ki, Mussolini İtaliyanı tərk etməyib, buralarda gizlənir. Hər tərəfdə onu axtarırdılar. 1945-ci il, aprelin 27-si komandanlıqdan əmr gəldi ki, bu gecə Mussolinini sağ-salamat tutmaq üçün “Qara bəbir” adlı xüsusi bir əməliyyat keçiriləcək. Partizanlar Po çayından ayrılan, İtaliyanın bir hissəsini suvaran dərin kanalı mühasirəyə almışdı. Kanalın sol tərəfində partizanlar, sağ tərəfində isə italyanlar idi. Səhərə yaxın hava işıqlanmışdı. Birdən sağ tərəfdən kolun arxasından kimsə çıxıb bir göz qırpımında kanala tullandı. Mussolini idi... Bir elə millətdən heç kəs cəsarət edib onu tutmaq üçün çaya atılmadı. O isə sürətlə üzə-üzə, ilan kimi şütüyüb uzaqlaşırdı.
Vilayət Hüseynov dərhal kanala tullandı və suyun altında yox oldu. Hamı diqqətlə baxırdı, amma Vilayət görünmürdü. Bir qədər sonra o, Mussolininin düz arxasında suyun altından çıxdı. Əli ilə Mussolininin boynundan yapışıb onu sahilə tərəf çəkməyə başladı. Sahilə çıxanda partizanlar Mussolinini tutdular. Orada Vilayətin bir ayağı suda, bir ayağı quruda şəklini çəkdilər. Vilayət Hüseynov döyüşlərin birində qəhramancasına həlak oldu.
Vilayət Hüseynov haqqında Fransa Prezidenti Şarl De Qoll Moskvada və Bakıda olanda danışıb. Çıxışında Əhməd Mişel (Əhmədiyyə Cəbrayılov) barədə danışan zaman Vilayətin də partizan hərəkatında rolunu xüsusi vurğulayıb. (realmedia.az)
-
Dünya22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı






.jpg)












.jpg)

















