Hitler Almaniyasının dəhşətli üzü: Zəhərli siqaretlər, aspirinlər, partlayıcı konfetlər
Bizi izləyin

Tarix

Hitler Almaniyasının dəhşətli üzü: Zəhərli siqaretlər, aspirinlər, partlayıcı konfetlər

Hitlerin Almaniyada hakimiyyətdə olduğu dövrdə alman xalqı Birinci Dünya Müharibəsindən sonra öz gücünü yenidən bərpa etməyə çalışırdı. Sərt sağçı qüdrəti bu millətdə elə bir mənəvi ruh formalaşdırmışdı ki, sanki bütün dünyanın idarəsi onların əlindədir. Bu dövrdə kütləvi dini dalğalar və cahil düşüncələr də tüğyan edirdi. Hakim təbəqənin ağlına hər an dəhşətli düşüncələr gəlirdi. O fikirləri gerçəkləşdirmək üçün həkimlər, mühəndislər və alimlər gecə-gündüz çalışırdılar.

Publika.az xəbər verir ki, nasist Almaniyasının yaradıcıları insani hisslərə yad olan bir cəmiyyət qurmuşdular. Burada elmi təcrübələr naminə kasıb təbəqədən olan insanlar əşya kimi qurban verilirdilər. Onların gerçəkləşib günümüzədək gələn və reallaşmayan bir sıra kəşfləri var.

Yeni insan növünün yaradılması

Менгеле проводил опыты над детьми, большинство из которых заканчивалось смертью

Lebensborn "yəni həyat mənbəyi" adlı sadist-yevgenik proqramı idi. Bu layihə çərçivəsində uşaqlar ailələrindən alınır, xüsusi laboratoriyalarda nəzarət altında saxlanılırdılar. Lebensbornun əsas məqsədi dünyanın hər yerində sarışın, mavigözlü uşaqlar yetişdirmək idi. Odur ki, hərbçi kişilər işğal etdikləri ərazilərdə daha çox qadınlarla cinsi əlaqədə olmalı idilər ki, daha çox uşaq doğulsun. Bu müddətdə artıq 1000-dən uşaq xüsusi dövlət qurumlarında saxlanılırdılar. Onlar çox sərt pəhrizlə qidalanır, ultrabənövşəyi şüaların zəhərli təsirinə məruz qalırdılar. Bu üsulla sarışına çevrilmiş uşaqlar elə alman əsgərlərinin ailəsinə övladlığa verilirdilər.

Öldürən siqaretlər

Alman istehsalçıları Ceyms Bond ruhlu ixtiralar edirdilər. Məsələn, qadın diversantlar həmcins düşmənlərini məhv etmək üçün ölümcül bakteriyalara yoluxdurulmuş cib güzgüləri gəzdirirdilər. Lakin ən güclü zəhərlər güclü baş ağrısı yaradan siqaretlər idi. Zəhər bu siqareti çəkən insanın yavaş-yavaş bədəninə işləyirdi. Yeni tanışını siqaretlə zəhərləyən nasist ona aspirin təklif edirdi. Lakin bu dərmanın özü də zəhər idi. Qəbul edən insanı elə həmin an öldürürdü.

“Bomba” konfetlər

Картинки по запросу churchill

Nasistlər Böyük Britaniyanın baş naziri Uinston Çörçilə qarşı süi-qəsd planları qururdular. Bunun üçün konfet formalı bombalar hazırlayırdılar. Çörçil şirniyyatı çox sevirdi. Baş nazirin bu zəif nöqtəsindən xəbər tutan nasistlər “şirin” silahlarını onun yeməkxanasınadək keçirməyə nail olmuşdular. Bu bomba konfetlər Çörçil də daxil olmaqla onlarla can almalı idi. Lakin nasistlərin planından xəbər tuturlar və layiqli cəzalarını verirlər.

Virus yayan ağcaqanadlar

Похожее изображение

1942-ci ildə Daxauda araşdırmalar institutu yaradıldı. Burada virus yayan ağcaqanadlar bəsləyirdilər. Xəstəliklərin mənbəyi sayılan genləri dəyişdirilmiş bu ağcaqanadları antihitler koalisiyasına qoşulan ölkələrdə yaymağa başladılar. Geni dəyişdirilmiş ağcaqanadlar 4 gün susuz, quru ərazilərdə yaşayırdılar. Əsas məqsəd Sovet İttifaqının cənubunda yerləşən ölkələrdə malyarıiya yaymaq idi.

İdeal əsgərlər

Картинки по запросу gitler i lagerya

1944-cü ildə alman alimləri superəsgərlər yaratmaq qərarına gəlirlər Onlar kokain, metamfetamin və ağrıkəsicilərdən ibarət həblər hazırlayırdılar. Bu dərmanlar ilk dəfə düşərgələrdəki əsirlər üzərində sınaqdan keçirildi. Sonra isə həbi qəbul edən dustaqlara ağır yük verib, piyada hərəkət etdirirdilər.

Nasistlərin antibiotiklərlə təcrübələri

Нацисты разрезали людям тело и всыпали туда инородные предметы

Düşərgələrdə minlərlə insanın ölüm səbəblərindən biri də sintetik antibiotik olan sulfanalamid təcrübəsi idi. Təcrübə apardıqları insanların dərisini kəsir içərisinə həmin məhluldan töküb qanı durdururdular ki, orqanizm sərbəst mübarizə apara bilməsin. Sulfanilamidlər bu gün də müxtəlif infeksiyaların müalicəsində istifadə edilir.

Nasistlərin peyvəndlərlə təcrübələri

Узников Дахау намеренно заражали малярией

Kurt Pletner adlı həkim müharibə illəridə Daxau düçərgəsində işləyirdi. O zəhərli ağcaqanadlarla əsirləri malyariya xəstəliyinə yoluxdurub, peyvənd tapmağa çalışırdı.

Ömrünün sonunadək Frayburq Universitetində çalışan Pletner iddia edirdi ki düşərgədə əsirlərlə işləyəndə onlara zərər verməyib. Halbuki həmin illərdə1000 əsirdən 500-ü onun təcrübəsinin qurbanı olublar.

Nasistlərin əkizlər üzərində təcrübələri

Йозеф Менгеле - нацистский Доктор Смерть

İozef Menhele adlı araşdırmaçı həkimin adı isə düşərgələrdə dəhşətlə anılırdı. O, əkiz uşaqlar üzərində vəhşi elmi təcrübələr gerçəkləşdirirdi. Əsirlər doğulan əkizlərini ona qurban verməyə məcbur olunurdular.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm