Tarix
Dünyanın ən qısa ömürlü 12 ölkəsi - SİYAHI
İspaniyanın Kataloniya muxtariyyatının prezidenti Karles Puçdemon tərəfindən regionun müstəqilliyini elan etməsi ciddi müzakirələrə səbəb olub. Son günlərdə medianın gündəminə çevrilən mövzu tarixdə daha əvvəllər də müstəqillik təşəbbüsü irəli sürən dövlətləri, krallıqları xatırladır. Tarixdə qurulan bir çox dövlətin ömrü qısa olub. Hətta aralarında 6 saat mövcud olan müstəqil dövlət belə var.
Publika.az sizə dünyanın ən qısa ömürlü 12 ölkəsinin siyahısını təqdim edir:
1. Demokratik Federal Rusiya Respublikası
Rusiya Sovet Federativ Sosialist Respublikasının yerində 19 yanvar 1918-ci ildə yaradılan dövlət cəmi 6 saat mövcud olub. Daha sonra Sovet İttifaqı olub.
2. Kataloniya dövləti
1934-cü il oktyabr ayının 6-da yaradılıb. Ömrü 9 saat davam edib. İkinci İspaniya Respublikasından dövlət müstəqilliyini elan etmişdi, ancaq 9 saat sonra yenidən bu ölkənin bir parçası oldu.
3. Əmirliklər
1971-ci il dekabr ayının 1-də yaradılan Əbu Dabi Əmirliyi, Dubay Əmirliyi, Şarja Əmirliyi, Ummul-Qayvayn Əmirliyi, Fucairah Əmirliyi və Ajman Əmirliyi 1 gün sonra süqut edərək Birləşmiş Ərəb Əmirliyinin tərkibinə qatılıblar.
4. Benin Respublikası
19 sentyabr 1967-ci ildə yaradılıb, ertəsi gün ömrü başa çatıb. Biafradan müstəqilliyini qazandıqdan sonra Nigeriyaya qoşulub. Biafra Respublikasının özü də indiki Nigeriyanın cənub-şərq bölgəsində 1967-1970-ci illər arasında mövcud olub. 30 may 1967-ci ildə birtərəfli qaydada Nigeriyadan müstəqilliyini elan edən ölkə, sonra başlayan və üç il ərzində davam edən Biafra müharibəsi nəticəsində ləğv olunaraq yenidən Nigeriyanın suverenliyi altına daxil olub.
5. Karpat Ukraynası
1939-cu ilin 15 mart tarixində qurulan dövlətin ömrü cəmi bir gün davam edib. Çexoslovakiyadan müstəqilliyini qazansa da, Macarıstan Krallığı tərəfindən işğal edilib.
6. Krım Respublikası
5 may 1992-ci ildə Ukraynadan müstəqilliyini elan edib. 1 gün sonra isə yenidən Ukraynanın tərkibinə daxil edilib.
7. İkinci Krım Respublikası
2014-cü ilin 17 mart tarixində yenidən öz müstəqilliyini elan edib. Yalnız bu dəfə isə Rusiyanın tərkibinə qatılıb.
8. Qalisiya Respublikası
1931-ci il iyunun 27-də İspaniya Krallığının tərkibindən ayrılaraq öz müstəqilliyini elan edib. Müstəqilliyi 1 gün davam edən Qalisiya ertəsi gün İkinci İspaniya Respublikasının tərkibinə daxil edilib.
9. Porto Riko Respublikası
1968-ci ilin 23 sentyabrında İspaniya Krallığından müstəqilliyini elan edib. 1 gün sonra isə yenidən krallığın tərkibinə qatılb.
10. Farer adaları
18 sentyabr 1946-cı ildə Danimarka Krallığından ayrılaraq müstəqilliyini elan edən Farer adaları, cəmi iki gün sonra yenidən Danimarka Krallığının tərkibinə daxil edilib.
11. Mindanao Federativ Respublikası
1990-cı il oktyabr ayının 4-də müstəqilliyini elan edən respublika cəmi 2 gün mövcud olub. 2 gün sonra yenidən Filippinin tərkibinə qatılaraq tarixə ən qısa ömürlü respublika olaraq düşüb.
12. Ploieşti Respublikası
Ploieşti Respublikası 8 avqustda Rumıniya Krallığından ayrılaraq müstəqilliyini elan etdikdən 2 gün sonra yenidən Rumıniya Krallığına daxil olub.
Könül Cəfərli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı