Tarix
Masallıda yeni tapıntılar - FOTO
Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, eyniadlı çayın sağ sahilində, Lənkəran ovalığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan
Publika.az-a verilən məlumata görə, institutun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar
Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində
aşkarlanan bu torpaq örtüklü kurqanların diametri 45-50 m, uzun
illər təsərrüfat işləri zamanı ciddi dağıntılara məruz qalmalarına
baxmayaraq onların üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5
metrə çatır.
Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir
abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir.
Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir. A.Ağalarzadə
bildirib ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və
dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu I
minilliyin əvvəllərinə aid edilir.
Tədqiqatçı qeyd edib ki, Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir. Dağlıq bölgə ilə dağətəyi zonanın qəbir abidələri bir vəhdət təşkil etməklə tunc - erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətlərinin və başlıca olaraq qədim tayfaların təsərrüfat həyatı haqqında məlumatlar əldə etmək üçün çox böyük əhəmiyyət kəsb edir. Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur.
“Gələcəkdə aparılacaq sistemli arxeoloji qazıntılar nəticəsində Bədəlan kurqanlarının daha dəqiq tarixi-xronoloji çərçivəsini müəyyən etmək və dəfn adətlərinin xüsusiyyətlərini izləmək mümkün olacaqdır”, - deyə tədqiqatçı bildirib.
-
Ekologiya10:36Qubaya qar yağdı
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz












.jpg)


















.jpg)

