Tarix
Tarix Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid xalça mühafizə edilir
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.
Muzeydən Publika.az-a verilən məlumatda
bildirilir ki, xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci
ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri
tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını
almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub.
Ölçüsü 190x140 sm.-dir. Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil
əsasında toxunub. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk
olunub, üzərindəki mətnə əsasən fotoşəkildəkilər “Cənabi-möhtərəm
Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif
İzzətdin”, “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”dir. Xalçanın
haşiyələrindən birinə fars dilində yazılmış şeir toxunub.
Mətn tam oxunmur. Şerin mətni belədir:
“Zəmanə içrə... mövcud edib səni yaradan,
Ənvərin adı ilə düşmənin qəlbi parçalanır,
Mərdliklə əlinə parlayan qılıncını alıb ildırım kimi vurub.
Tək canıyla bağırıb nərildəyir: Allahu Əkbər
Mərdliklə hücum edir düşmənə, salır onların canına titrətmə
Böyük bir meydanda at çapdırır, qırıb düşmənin başın töküb
meydana”.
Digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunub. Muzeyə daxil edilən etnoqrafik xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan – Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir və öz tədqiqatçılarını gözləyir.
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO



























_(1).jpg)









