Tarix
Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur? - - FOTOLAR
Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, özlərindən sonra qoyduqları yaxşı əməl, insanlıq onları unutmağa, yaddaşlardan silinməyə qoymur. Adları daima hörmət və izzətlə çəkilir. Belə insanlardan biri də, nehrəmli Əskər həkimdir. Ola bilər ki, onu çox adam tanımır. Ancaq xatırlayanlar haqqında xoş sözlər, işinə prinsipial yanaşan savadlı həkim olduğunu bildirirlər.
Əskər Əmirəl kimdir?
Əskər Əmirəl (Əskər Əmirəliyev) 1947-ci ildə Nehrəm kəndində anadan olub. Nehrəmin tanınmış ziyalılarından sayılan Əskər həkim, Nehrəmdə insanlığı və dürüstlüyü ilə seçilmiş təsərrüfatçı Həsənqulu kişinin ailəsində böyüyüb. 50-ci və 60-cı illərin çətinliklərinə baxmayaraq, gündüzlər təsərrüfat işlərində ailəsinə köməklik edib, gecələr isə kitablar oxuyaraq ailəsində ilk ali təhsil alan şəxs olub. Bakıda Tibb Universitetini bitirdikdən sonra, Naxçıvan şəhərində epidemioloq kimi fəaliyyətə başlayıb. Sonralar Naxçıvan şəhəri Epidemiologiya Mərkəzinin direktoru, və Naxçıvan Muxtar Respublikasının Epidemiologiya Naziri (Muxtar Respublika Epidemiologiya Mərkəzlərinin Direktoru) vəzifələrində çalışıb. Daha sonra Bakıda epidemioloq kimi fəaliyyətini davam etdirən Əskər həkim 2011-ci ilin fevral ayında dünyasını dəyişib. Bu gün vətənə, torpağa bağlı beş övlad böyüdüb. Hər biri ailə başçısıdır.
Xatırladaq ki, Əskər həkim hamımızın fəxr etdiyi ABŞ Dəniz Qüvvələrində "John" ləqəbli komandir, “Azərbaycanın Kolumbası” kimi tanınan Nəimi Əmiralın atasıdır. Hələ bir neçə il əvvəl Nəiminin gələcəyini hiss edən Əskər həkim ona: "Oğlum, gün gələcək SSRİ dağılacaq, Quzey Azərbaycan yenidən öz istiqlalını əldə edəcək. İngilis dilini mükəmməl öyrənməlisən ki, vaxtı gələndə dünyaya çıxaraq vətənini tanıdasan."
Nəimi atasının sözlərinə əməl edərək, Amerikaya gedir və orada yaxşı təhsil alır. Siyasi-ictimai dairələrlə sıx əlaqələr qurur. Amerikada Azərbaycan diasporunun güclənməsinə çalışır. Bir müddət seçkilərdə iştirak edir. Sonradan fəaliyyətini Amerika hərbisi ilə bağlayır. Hazırda Amerika hərbi rəhbərliyinin böyük hörmətini qazanıb. O, tez-tez mükafat və medallarla təltif edilir.
Bu gün Amerika Hərbi Dəniz Qüvvələrinin polkovniki kimi xidmətini davam etdirir.
Elnur Eltürk
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

