Tarix
Hacıbəylilər nəslinin nümayəndələri Bakıda muzeyləri gəzdi - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.
Komitədən Publika.az-a verilən məlumata görə, muzeyin bələdçisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylini, Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiya ilə tanış edib.
Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə də tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.
Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğunu
ziyarət edib. Qonaqlara məlumat verilib ki, ərazidə daş dövründən
orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi
mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü
rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur.
Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir,
20 mağara və
yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat
işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm
verilir. Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan
Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına
daxil edilib. Qədim insan məskəni ilə
tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri
və tarixi eksponatlarla maraqlanıb.
Günün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinə gələn Hacıbəylilər Komitə rəhbəri ilə görüşərək səfər təəssüratlarını bölüşüblər və Diaspor TV-nin qonağı olublar. Dövlət Komitəsinin, Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində, Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri 9 dekabr tarixində Parisə yola düşüb.
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi ən doğru qərara aparacaq
-
Magazin100:00Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO
-
İdman28 İyun 23:36Dünya çempionatında danışılmış oyun olub? - Kuznetsovdan ŞOK İDDİA
-
İdman28 İyun 22:24Nurlan Paşayev vətənə qızıl medalla dönür - FOTO
-
Cənubi Qafqaz28 İyun 22:12Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
-
Magazin128 İyun 21:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial28 İyun 21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
İdman28 İyun 18:36ABŞ-da qəribə bir qaynar dəlik peyda oldu



































.jpg)