Şərqin naməlum şəkildə yoxa çıxan ilk superdövləti tapıldı - - FOTO
Bizi izləyin

Tarix

Şərqin naməlum şəkildə yoxa çıxan ilk superdövləti tapıldı - - FOTO

İngiltərənin Oksford Universitetinin alimləri 4200 il öncə yox olan Akkad şumer imperatorluğunun süqut səbəbini tapıb.

Publika.az xəbər verir ki, iqlim araşdırmaları alimləri Akkad dövlətinin güclü quraqlıq və qum fırtınaları nəticəsində yer üzündən silindiyini aşkar edib.

Universitetin professoru Steçi Karolin və komanda yoldaşları ABŞ-ın Milli Elmlər Akademiyasının dərc etdiyi PNAS dərgisində mövzu ilə bağlı məqalə yayımlayıb.

Məqalədə deyilir: “O zamanlar sadəcə şumerləri deyil, qədim hind və misir mədəniyyətlərini də paralel zamanda yox edən bir iqlim fəlakətinin meydana gəlməsindən uzun müddət şübhələnirdik. Ancaq Qırmızı dənizin sahilində və Oman körfəzində tapdığımız bəzi naməlum qalıqlardan başqa əlimizdə heç bir dəlil yox idi”.

Kral Sarqonun Mesopotomiyadakı şumer şəhərlərini birləşdirərək qurduğu güclü bir idarəetmə mexanizmi ilə idarə olunan Akkad İmperatorluğu zamanın ən güclü superdövlətlərindən biri kimi qəbul edilsə də, qurulmasından cəmi 200 il sonra dağılıb. Paytaxt Akkad şəhəri isə arxasında heç bir iz buraxmadan yox olub.

Bu yoxolmanın səbəbi uzun zaman tarixçilər arasında müzakirə mövzusu olub. Araşdırmaçıların bir qismi Mesopotomiyadakı müxalifətçilərin yeni quruluşdan məmnun olmayıb Sarqon və onun nəslindən olanlara qarşı müharibə elan etdiklərini bildirir. Digər qismi isə bu güclü dövlətin yox olmasını qutilərin istilalarına bağlayır.

Qısa müddət öncə isə bəzi tarixçilər, iqlim alimləri və geoloqlar şumer imperatorluğunun fəlakətinin insanlardan deyil, iqlim şərtlərindən qaynaqlandığını dilə gətirməyə başlayıb. Bölgənin qonşusu olan Suriyada aparılan arxeoloji qazıntılar miladdan öncə 2200-ci ildə Yaxın Şərqdə bütün böyük şəhərləri yox edən güclü quraqlıq dalğasının başlandığına dair güclü ipucları verib.

Karolin və onun komandası İranın şimalındakı Dəmavənd şəhərinin yaxınlığında yerləşən mağarada son 5 min il içində meydana gələn stalaktitləri analiz edərək imperatorluğun yox olmasına yol açan səbəbi aşkarlayıb.

Mağara Akkad dövlətinin qurulduğu bölgələrə yaxın olduğu üçün araşdırmaçılar krallığın çöküş dövründəki iqlim dəyişikliklərini bərpa edib. Mesopotomiyanın ilk superdövlətini yox edən faktorun, gerçəkdən də, iqlimlə bağlı olduğu ortaya çıxıb. Araşdırmaçılar 426 min il öncə stalaktitlərin böyüməsinin kəskin şəkildə yavaşladığını və bunun yağışların səviyyəsində kəskin azalmaya işarə verdiyini açıqlayıb. Araşdırmaya görə, böyük quraqlıq, təxminən, 300 il davam edib və Babil dövlətinin qurulması ilə başa çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm