Tarix
Yanlış bilinən gerçək: Azərbaycan adlı dövlət nə vaxt yaranıb? - Həsən Həsənov FAKTLARI AÇDI
Atropatena dövlətinin yaranma tarixi bu vaxta qədər səhv bilinib. Dövlətin yaranma tarixi təxminən 300 il geri verilib.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında “Azərbaycan” adlı dövlətin yaranma tarixi barədə geniş məruzə ilə çıxış edərkən deyib.
H.Həsənov iclasda tarixçi alimlərə “Azərbaycan” adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verib. O bildirib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır: “Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, “Azərbaycan” adlı dövlət e.ə. VII əsrdə yaranıb. İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində Atropatena e.ə. IV əsrdə yaradılmayıb, e.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e.ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiq edək”, - deyə H.Həsənov qeyd edib. Beləliklə, e.ə. 612-ci il “Azərbaycan” adlı dövlətin yarandığı ildir.
H.Həsənov çıxışında xüsusi qeyd edib: “Dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir, V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi”.
H.Həsənov məruzəsində bildirib ki, Albaniya dövləti e.ə. I əsrdə yaranıb: “Albaniya dövlətinin yarandığı ərazi e.ə. 612-ci ildən e.ə. II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır”.
Tədbirin sonunda Yaqub Mahmudov bildirib: “Həsən Həsənovun Elmi Şuramızda qaldırdığı məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır. Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq





















.jpg)


.jpg)










.jpg)

.jpg)