Tarix
Topçubaşovun nəvəsi ilk dəfə xatirələrini bölüşdü – VİDEO
Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşüb.
Publika.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edib.
Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.
Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir.
“Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışıb.
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev












.jpg)

























.jpg)

