Tarix
Nazirdən “Çıraqqala” ilə bağlı açıqlama
"Çıraqqala" abidəsində bərpa-konservasiya işləri bu ilin sonunda yekunlaşacaq.
Publika.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov iyunun 11-də abidə ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən media-tur zamanı deyib.
Nazir bildirib ki, tarixi əhəmiyyətə malik olan bu abidədə bərpa-konservasiya işlərinə 2019-cu ilin iyul ayından başlanılıb. “Qeyd edim ki, qalanın bərpa-konservasiya işlərinə yerli mütəxəssislər cəlb olunub. Eyni zamanda, xarici ekspertləri də dəvət etmişik, onlar aparılan işləri yüksək qiymətləndiriblər”, - deyə nazir əlavə edib.
A.Kərimov qeyd edib ki, “Çıraqqala” ilə yanaşı, digər istehkam tipli qurğuların UNESCO-nun mədəni irs siyahısına salınması ilə bağlı planlar var.
Nazir, həmçinin bildirib ki, “Çıraqqala”nın turizm imkanlarının artırılması istiqamətində də işlər aparılır. Bununla bağlı hazırlanan konsepsiya yaxın zamanlarda təqdim olunacaq.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















