Tarix
Prezidentin qızını ölümdən xilas edən ZƏNG
Böyük Britaniyanın keçmiş millət vəkili Conatan Eyton illər sonra 1975-ci ildə etdiyi telefon zəngi ilə bilmədən Karolina Kennedinin həyatını xilas etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, C.Eyton bu səbəbdən 1963-cü ildə öldürülən sabiq ABŞ prezidenti Con Kennedinin qızı Karolina Kennedinin indi də ona minnətdarlıq etdiyini bildirib.
Sui-qəsddən 46 il sonra İngiltərənin “Daily Mail” qəzetinə danışan 79 yaşlı Eyton sözügedən hadisənin Kennedini çox sarsıtdığını deyib.

Bomba tez partladı
ABŞ prezidenti Con Kennedinin ardınca qardaşı Robert Kennedi 1968-ci ildə öldürüldükdən sonra bu siyasi cinayətlər “Kennedi lənəti” kimi tanınmağa başladı.

Atası öləndə 5 yaşında olan Karolina Kennedi 17 yaşında İngiltərənin paytaxtı Londonda eyni “lənətlə” üz-üzə gəldi. O, 1975 -ci ildə Londondakı “Sotheby’s” hərrac evində sənət öyrənərkən ailə dostu olan Britaniya millət vəkili Huq Freyzerin evində qalırdı. 23 oktyabr 1975-ci ildə Freyzer İcmalar Palatasına gedərkən yolda Karolinanı “Sotheby’s” hərrac evinə buraxmalı idi. Lakin deputat evdən çıxmaq istəyəndə dostu Conatan Eyton ona qəfil zəng vurur. Həmin an evinin qarşısında dayanan avtomobil partlayır. Bir zəng onları ölümdən xilas edir.
Rahib Ələsgərov
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















