Tarix
Aydın Balayevin "Azərbaycan türkləri" monoqrafiyası nəşr edilib
Tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" monoqrafiyası nəşr edilib.
"JekoPrint" Çap Evi tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub.
Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşəm Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb.
Kitabda Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur. Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir. Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















