Tarix
Qaxda antik dövrə aid əşyalar aşkarlandı - FOTO
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində antik dövrə aid torpaq qəbirlər, əşyalar aşkarlayıb.
AMEA-dan Publika.az-a verilən məlumata görə, qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Maraqlı tapıntılar içərisində həm əvvəlki ildə, həm də cari mövsümdə tapılmış kiçik qadın bütləri də var.
Ekspedisiya bir aya yaxındır, Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində, şərti olaraq Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işlərini davam etdirir.
Ekspedisiya rəhbərinin sözlərinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlamış, antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər antik və ilk orta əsr alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi mədəniyyət nümunələrini özündə daşıyır.
Arxeoloji tədqiqatlar davam edir.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











