Tarix
Malıbəyli məscidinin qalıqları aşkar edildi
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirlməsində AMEA Tarix İnstitutunun vəzifələrinin icrası üçün yaradılan işçi qrupunun fəaliyyəti nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan Malıbəyli kəndindəki məscidin xarabalığı aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov məlumat verib. Qeyd edilib ki, Malıbəyli məscidi Şuşa rayonunun ərazisində yerləşir. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərindən avtomobil yolu ilə 2,5 kilometr, Şuşadan 18, Ağdamdan isə 51 kilometr məsafədədir.
“1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında yazılıb ki, Yelizavetpol quberniyasının Şuşa qəzasına aid olan Malıbəyli kəndinin əhalisi 1060 nəfər təşkil edir, onların hamısı tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə əsasən, kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlı idi. 1986-cı ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi.
Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kəndi 1992-ci il fevralın 11-dən 2020-ci il noyabrın 10-dək Ermənistanın işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Malıbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











