Tarix
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovun anadan olmasından 35 il ötür.
Publika.az xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb.
Həmin il həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidmət keçib və həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
2009-cu ilin avqust ayında gizir rütbəsində yenidən hərb sahəsinə qayıdan Mübariz İbrahimov öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.
Gizir İbrahimov düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Azərbaycan döyüşçüsü səhər saatlarında qəhrəmancasına şəhadətə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb.
Prezidentin digər bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib. Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə onun adı verilib.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Ruhu şad olsun!
Mehti Kamiloğlu
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











