Tarix
Şair dilimizdən nigarandır: İkidən çox əlifbası var
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunur. Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə edib. Azərbaycan dili və əlifbası olduqca qədim köklərə malikdir.
Millət vəkili Sabir Rüstəmxanlı 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə Publika.az-a danışıb. Deyib ki, Azərbaycan dilinin bir çox problemi var:
“Bu dilin iki və daha çox əlifbası var. Cənubi Azərbaycanda dilin inkişafına İran rejimi elə də icazə vermir. Ölkəmizdə isə dövlət dilin qayğısına qalır. Həm də Azərbaycan dili bizim dövlət dilimizdir. Təəssüf ki, dilimizə xarici dillərin və mədəniyyətlərin təsiri artır. Belə olduğu halda yeni problemlər yaranır. Getdikcə rus dilli məktəblərin sayı artır”.

Deputat qeyd edib ki, rus dilini yenidən məcburi formada bizim həyatımıza salmağa çalışırlar:
“Azərbaycanın ədəbi dili kifayət qədər zəngindir. Danışıq dili getdikcə ədəbi dilimizdən uzaqlaşır. Beləliklə, dilimizlə uzlaşmayan sözlər, terminlər gəlir. Reklamlar da dilimizə təsir edir. Ümumiyyətlə, problemlər çoxdur. Türk dili ilə yaxınlaşmaq əvəzinə, hələ də müəyyən şivələrin xüsusiyyətlərini öz dilimizə daşıyırıq”.
Aysel Şahmar
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











