Tarix
Qoyuna görə 1 milyon 140 min dollara satıldı - Şahzadənin sviteri
Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri 31 Avqustda Nyu Yorkda "Sotheby's" Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış qiyməti ilə hərraca çıxarılıb və 1,14 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb. Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.
Xatırladaq ki, şahzadə Diana bu simvolik sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənməmişdən bir neçə həftə əvvəl polo matçında geyinmişdi. Jumperin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilirdi. İngilis tabloid mətbuatının davamlı olaraq izlədiyi şahzadə Diana 31 avqust 1997-ci ildə 36 yaşında paparazzilər tərəfindən izlənilərkən Parisdə bir tuneldə avtomobil qəzası keçirərək dünyasını dəyişib. Qəzada Diananın sevgilisi Dodi Əl Fayed və sürücüsü Henri Pol da həyatını itirib.
Nəzrin
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











