Tarix
Azərbaycanda Neolit dövrünə aid yaşayış məskəni tapıldı - FOTO
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.
Publika.az xəbər verir ki, institutda fəaliyyət göstərən "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova "Elektron Paramaqnit Rezonans" və "Termoluminessensiya" metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib.
Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.
Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə "Cəlilabad arxeoloji ekspedisiyası" zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.
Xatırladaq ki, Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntılar da - iki miniatür qoç fiquru aşkarlanıb. Bu tapıntını haqqında məlumatı ilk olaraq Report İA paylaşmışdı.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək



























.jpg)






.jpg)

.jpg)