Tarix
Şah İsmayılın döyüş bayrağının başlığı bu kənddə qorunur - FOTO
Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağının başlıq hissəsini qoruyub saxlayır.
Yunis Qulamov AZƏRTAC-a bildirib ki, bu döyüş bayrağının başlığı ona ulu babasından yadigar qalıb.
O, ulu babalarından yadigar qalan bu dəyərli tapıntının xoş bir təsadüf nəticəsində aşkarlandığını deyib:
“Bizim kənd Astara rayonunun qədim yaşayış məskənlərindən biridir. Səfəvilər sülaləsinə məxsus bayraq başlığını mənim ulu babam təxminən XVIII əsrdə tapıb. Əkin sahəsində işləyərkən yer belləyəndə bir küpə rast gəlib. Həmin küpdən bu bayraq başlığı və bir neçə gümüş pul çıxıb. Əvvəlcə tapıntı kənddə islam dininin atributu hesab edilib. Amma araşdırma zamanı məlum oldu ki, bu əşya Səfəvi ordusunun döyüş bayrağının başlığıdır. Bu, qızılbaşlar dövrünün maddi-mədəniyyət abidəsi, Səfəvilər dövlətinin, Şah İsmayıl Xətai hakimiyyətinin nişanəsidir. Onun üzərində orta əsrlərin qanlı döyüşlərinin əksi də var”.
Bayraq başlığı mislə gümüşün qarışığından alınan metaldan hazırlandığından uzun illər torpaq altında qalsa da, paslanmayıb. Bu başlığa Səfəvilər dövrünə aid miniatürlərdə də rast gəlmək olur.
Qeyd edək ki, Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə islamın müqəddəs şəxsiyyətlərinin - 12 imamın adı həkk olunub. Bundan əlavə, bayrağın üzərində “Səfiyulla” sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm islam, həm də atəşpərəstlik elementləri var.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











