Tarix
Atom bombasının yaradılmasına dair ilk hesabat sənədi hərracda satıldı - Oppenheymer imzalamışdı...
C. Robert Oppenheymer tərəfindən imzalanan və atom bombasının yaradılmasını təsvir edən Manhetten layihəsi adlı hesabat hərracda satılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 200 səhifəlik hesabat 53 min 594 dollara alıcı tapıb.
Hesabatda Manhetten layihəsinin texniki və inzibati aspektləri, dünyanın ən dağıdıcı silahının hazırlanması təsvir edilib. Sənədi tanınmış alimlər - dünyanın ilk nüvə reaktorunun yaradıcısı Enriko Fermi, Los Alamos laboratoriyasına rəhbərlik etmiş fizik C. Robert Oppenheymer, Nobel mükafatı laureatı Ernest Lourens, neytronu kəşf edən Ceyms Çedvik və başqaları imzalayıblar.
Hərrac evi Oppenheymerin 1952-ci ildə “Look” jurnalının müxbiri Stiven Uayta çap maşınında yazaraq göndərdiyi məktubunu da satışa çıxarıb. Oppenheymerin atom bombasını "təcavüzkarların silahı" olaraq xarakterizə etdiyi və imzaladığı məktub 17 min 270 dollara satılıb.
Satış Kristofer Nolanın “Oppenheymer” filminin "Oscar" mükafatlarında yeddi nominasiya üzrə qalib gəlməsindən bir neçə gün sonra “RR” hərracında baş tutub.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











