Tarix
Başında papaq olmayan kişi məhkəmədə şahidlik edə bilməzdi - Tarixçidən maraqlı faktlar
"Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub.
Publika.az-ın məlumatına görə, qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər. Papaq namus, şərəf simvoluna çevrilib, eyni zamanda onu daşıyan şəxsin sosial statusunun əsas göstəricilərindən biri olub.
Vurğulanıb ki, kişinin papağına baxmaqla onun hansı təbəqəyə mənsub olduğunu təyin etmək mümkün idi.
20-ci əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.
Papaq sahibinin papağı ölümündən sonra belə hörmətli tutulurdu. Məlumatçıların söylədiyinə görə, sovet rejimindən Türkiyəyə qaçmış qazaxlı Qiyas bəy xəyanət nəticəsində Qarsda öldürülərkən onun papağı qohumları tərəfindən götürülərək ailəsinə çatdırılıb, bu günə qədər nəvəsinin ailəsində qorunur.
Xalq arasında papağa o qədər önəm verilir ki, hətta başında papaq olmayan kişi məhkəmədə şahidlik edə bilməzdi. (Baku TV)
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











