Tarix
Müasir Azərbaycan dövləti Heydər Əliyevin böyük fədakarlığı hesabına yaradılıb - Deputat
“15 iyun bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan, müasir dövlətçiliyimizin və əldə etdiyimiz bütün uğurların banisi Ulu Öndər Heydər Əliyevin ideyalarının nəhəng, bir o qədər də çətin vəzifələrinin başlandığı gündür”.
Bu sözləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O qeyd edib ki, bu gün beynəlxalq aləmdə ciddi nüfuz sahibi və bölgədə lider dövlət olan Azərbaycanın bütün uğurları məhz 15 İyun 1993-cü ildən qaynaqlanır:
“Silahlı qarşıdurmaların yox edilməsinin, erməni işğalının dayandırılmasının, milli həmrəyliyimizin əsaslarının yaradılmasının, ölkəmizə böyük dividendlər gətirən neft strategiyasının başlanğıc və müasir milli dövlətçiliyimizin doğum günü olan 15 iyun Ulu Öndərimizin bioqrafiyasında ən şanlı səhifələrdən biridir”.

Deputat qeyd edib ki, müasir və müstəqil Azərbaycan dövləti Heydər Əliyevin böyük fədakarlığı və gərgin əməyi hesabına yaradılıb:
“44 günlük Vətən müharibəsi və 10 saatlıq antiterror əməliyyatı ilə erməni faşizmi üzərindəki tarixi qələbəmiz, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi məhz Ulu Öndərimizin yaratdığı dövlətçilik strategiyasının məntiqinə söykənir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyətli iradəsi və tükənməyən enerjisi və potensialı ilə daha yüksək zirvələri fəth etməkdədir.

“Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki onun arzu etdiyi günləri yaşamaqdayıq. Onun vəsiətləri bütün sahələrdə yerinə yetirilməkdədir, özünün də dediyi kimi, "Azərbaycan səmada Günəş kimi parlamaqdadır". Şad olan ruhun əbədi olsun, Ulu Öndər!”, - Fəzail Ağamalı əlavə edib.
Roza Şəfiyeva
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











