Tarix
Min illərdir insanları dəhşətə gətirən möcüzələr: dünyanın 5 sirri
Texnologiya inkişaf etdikcə arxeoloqların işi asanlaşır. Ancaq bəzən elm və texnologiya bəzi sualları cavabsız qoya bilir.
Publika.az xəbər verir ki, “Greek Reporter” jurnalı qədim dünyanın hələ də çözülməyən 5 sirrini təqdim edib.
1. Meqalitik abidələr - İsveçin soyuq düzənliklərindən tutmuş İspaniyanın günəşli sahillərinə qədər bir çox yerlərdə tapılıb. Bu abidələrin son tədqiqi onların ilk dəfə eramızdan əvvəl V minilliyin ikinci yarısında Şimal-Qərbi Fransanın sakinləri tərəfindən tikildiyini göstərib. Sözügedən abidələrdən ən məşhuru İngiltərədəki “Stonehenge”dir.

2. Tufan əfsanəsi – Bu rəvayətlər Tunc dövrünə aiddir. Qədim dünyanın ən qədim və ən nüfuzlu sivilizasiyalarından biri olan şumerlər Gilqameş dastanını ortaya qoyublar. Burada təsvir olunanlar müqəddəs kitablardakı “Nuh tufanı” ilə tam üst-üstə düşür. Bu hekayənin qəhrəmanının fəzilətli bir insan olduğuna inanılır.
3. Antik çantalar - Şumerlərin mədəniyyətində, müasir Türkiyədəki qədim yunan məbədlərinin xarabalıqlarında, Yeni Zelandiyanın Maori yerlilərinin ornamentlərində və Mərkəzi Amerikadakı Olmeklərin artefaktlarında tapılıb. Bəzi müasir nəzəriyyəçilər qəribə qədim əl çantasının bir növ planşet olduğunu düşünürlər. Şərhlərə görə, çanta fiquru yerüstü varlıqların səfərlərindən əldə edilən texnoloji məhsulu təmsil edir.

4. Uzun kəllələr - Yadplanetli görünüşlü insanların qalıqları illərdir elm aləmində müzakirə olunur. Misirdə belə başlı fironların çoxlu təsvirləri var. Bu ənənənin mənşəyi haqqında heç nə məlum deyil. Uzun kəllələrin ən erkən nümunələrindən bəziləri Avstraliyanın cənub-şərqindəki Coobool Creek və Kov Svampda aşkar edilib.
5. Piramidalar və Orion - Misirdəki Xeops, Kafre və Miserin piramidalarının necə tikildiyi ilə bağlı fikirlər fərziyələrə səbəb olur. Onların Orion Bürcünə bağlı bir ulduz qapısı olması ilə bağlı əfsanələr bir çox elmi fantastika əsərinin mövzusudur. Piramidaların mövqeyi ilə Günəş və ulduzların hərəkətləri arasındakı riyazi əlaqələr hər cür yadplanetli əfsanələrə qapı açır.
Roza Şəfiyeva
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











