MDB
Hərbi ekspert: “Bu silah Rusiya ordusunu müdafiəsiz qoydu”
“ABŞ-ın “Javelin” tank əleyhinə komplekslərini Ukraynaya çatdırması Donbasda vəziyyəti dəyişdirəcək, çünki Rusiya qoşunlarında bu silahın analoqu yoxdur”.
Publika.az xəbər verir ki, bu haqda jurnalist və hərbi ekspert Yuri Butusov “Qordon” nəşrinə bildirib.
“Ukraynaya “Javelin” komplekslərinin çatdırılması müdafiə qabiliyyətimizin səviyyəsinin yüksəlməsindən xəbər verir. Biz ilk dəfə analoqu Rusiyada olmayan yeni nəsil silahlar aldıq. O, istənilən analoji Rusiya texnikasını keyfiyyətdə üstələyir. Bu bizə taktiki üstünlük verir və Donbasda döyüş əməliyyatlarının xarakterini dəyişdirməyə imkan verir”, - o vurğulayıb.
Butusovun sözlərinə görə, Rusiya qoşunlarının hücum cəhdləri halında döyüş əməliyyatları açıq ərazidə zirehli tank bölmələri arasında keçiriləcək.
“Javelin”ə malik olmaqla, bir neçə dəqiqəyə Rusiyanın hərbi texnikasının böyük miqdarını məhv etmək olar”, -ekspert qeyd edib.
Onun fikrincə, “Javelin” komplekslərin tətbiqi Donbasda Rusiya qoşunlarında təlaşa səbəb olacaq, çünki, hər 10 atəşdən 9-u hədəfə dəyəcəyi zəmanətlidir.
“Rəqib hətta nə baş verdiyini anlamağa vaxt tapmayacaq. Belə silahın savadlı taktik tətbiqi Rusiya qoşunlarının böyük əməliyyatları operativ həyata keçirmək üzrə istənilən imkanının qarşısını alır. Bu psixoloji silah istənilən rəqibdə təlaşa səbəb olacaq. Rusiyanın hərbi texnikası” Javelin”dən müdafiəyə malik deyil. Rusiyanın keçmiş nəsil tankları “Javelin” üçün optimal hədəfdir”, - jurnalist vurğulayıb.
Qeyd edək ki, aprelin 30-da ABŞ-ın Dövlət Departamenti “Javelin” komplekslərinin Ukraynaya çatdırıldığını təsdiqləyib.
“Onlar artıq çatdırılıb”, - jurnalistlərin sorğusuna cavab olaraq Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.
Dünən Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib ki, mayın 2-də Ukraynanın Silahlı Qüvvələri “Javelin”in sınağına başlayacaq. O qeyd edib ki, komplekslər dövlətin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verəcək.
Asif
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)





















.jpg)
.jpg)

