MDB
Putindən yəhudi generala TƏRS ŞİLLƏ - İsrail bunu gözləmirdi - FOTO
Rusiya Aralıq dənizi üzərində vurulan "İl-20" tipli hərbi təyyarəsi ilə bağlı İsrailin təqdim etdiyi dəlilləri qəbul etməyib.
Publika.az xəbər verir ki, “Hizbullah”a yaxınlığı ilə tanınan “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, Təl-Əvivin təqdim etdiyi məlumatlar Rusiyaya inandırıcı gəlməyib.
Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor Amikam Norkinin rəhbərliyindəki nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib. Lakin Putin İsraildən gələn heyətlə görüşmək istəməyib və onları geri göndərib.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
İsrail tərəfi isə hadisə ilə bağlı məlumatları Rusiya ilə paylaşacağını bildirmişdi. Moskvaya gedən Amikam Norkinin rəhbərlik etdiyi heyət insidentin bütün aspektlərinə dair situasiya hesabatını Rusiya tərəfinə təqdim edib.
Ömər Dağlı
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq




































