MDB
Kiyev bu gecə ŞOK YAŞADI: deputat itkini, nazir günahkarı açıqladı - - VİDEO
Ukraynanən Çerniqov vilayətində anbarda baş verən yanğına görə ölkə yüz milyonlarla dollar döyüş sursatından məhrum olacaq.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin kollegiya üzvü Anton Qeraşenko bildirib.
“Orada indi 122 millimetr qaubitsalar və “Qrad” reaktiv sistemlər üçün istifadə olunan mərmilər partlayır. Onlar artıq Ukraynada istehsal edilmir”, - o deyib.
Xatırladaq ki, yanğınla nəticələnən partlayış bu gecə saat 3:30 radələrində paytaxt Kiyevdən 160 kilometr şərqdə yerləşən İçnya kəndinin yaxınlıqdakı silah-sursat anbarında baş verib. Anbarda olan silah-sursatın miqdarı açıqlanmayıb. KİV-in məlumatına görə, anbar Ukraynada ən böyük silah-sursat anbarlarından biridir.
Hadisə yerindən 10 min insan təxliyə edilib. Zərərçəkən yoxdur. Maddi ziyan dəqiqləşdirilir. Ukrayna Təhlükəsizlik Xidməti partlayışın səbəbi olaraq, diversiya da daxil olmaqla bir neçə versiyanı araşdırır.
Araşdırmanın davam etməsinə baxmayaraq, rəsmi Kiyevdən gözlənilən bəyanat verilib. Ukraynanın İnfrastruktur naziri Vladimir Omelyanun sözlərinə görə, partlayışı Rusiya təşkil edib.
.
Ömər
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü













.jpg)



.jpg)


















