MDB
Tələbə Texnologiya Texnikumunu PARTLATDI: 19 ölü, 37 yaralı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 37 nəfər xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
***
Terror aktını təhsil müəssisəsinin 22 yaşlı tələbə təşkil edib. Bu barədə Krımın baş naziri Sergey Aksyonov bildirib. O, partlayışdan sonra intihar edib.
Vladislav Roslyakov adlı tələbə dördüncü kursda oxuyurdu.
“İstintaq orqanları işləyir, qatilin bədəni ikinci mərtəbədə
kitabxanada aşkar edilib”, - Aksyonov deyib.
Daha əvvəl RBK agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə
danışıb ki, tələbələrin ifadələrinə əsasən, tələbələrdən biri
çantanı yemək otağında qoyaraq oranı tərk edib.
“Tələbələr danışdılar ki, onun partlayıcı maddələrlə təcrübələr keçdiyini haqqında eşidirdilər”, - nəşrin həmsöhbəti dedi.
Aksyonov terror aktı nəticəsində 18 nəfərin həlak olduğunu deyib.
***
Milli terrorçuluğa qarşı Komitədən verilən məlumata görə, quraşdırılmamış partlayıcı qurğu partlayıb.
Hazırda hadisə yerində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyirlər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hadisənin səbəblərindən biri kimi terror aktı versiyasına baxılır. Onun sözlərinə görə, prezident Vladimir Putinə hadisə barədə məlumat verilib. Prezident Federal Təhlükəsizlik Xidməti və istintaq orqanlarına partlayışın səbəblərini təcili müəyyən etməyi tapşırıb.
***
Krımın Kerç şəhərində Texnologiya Texnikumunda partlayış baş verib.
Publika.az xəbər verir ki, PEN TV-nin məlumatına görə, hadisə nəticəsində 13 insan həlak olub, 50 nəfər yaralanıb.
İlkin informasiyaya görə, hadisəyə səbəb məişət qazının partlaması olub.
TASS agentliyinin təcili xidmətlərdəki həlak olanlar və zərərçəkənlərin olduğu barədə informasiyanı təsdiq edib. Həmçinin həkimlərə istinadən agentlik dəqiqləşdirib ki, 13 nəfər partlayışın qurbanı olub.
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
















.jpg)



.jpg)
















