MDB
Putin, Ərdoğan və Ruhani görüşünün vaxtı açıqlandı
Suriya üzrə Astana formatının zamin ölkələrinin növbəti sammiti 2019-cu ilin əvvəlində Rusiyada keçiriləcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Mixail Boqdanov jurnalistlərə bildirib.
“İndi zamin ölkələrin, yəni Türkiyə, İran və Rusiyanın prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin növbəti sammitini qəbul etmək bizim növbəmizdir. Sammit təxminən ilin birinci həftəsində keçirilməlidir. Bu, prezidentlərin iş qrafikindən asılıdır”, - Boqdanov deyib.
Xatırladaq ki, dekabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirmişdi.
“Bu gün-sabah mənim həmkarlarım Moskvaya baş çəkəcəklər və Suriyada baş verənləri müzakirə edəcəklər. Bundan dərhal sonra, güman edirəm ki, orada Putinlə danışıqlarım olacaq. Düşünürəm ki, bu görüş üzbəüz olacaq”, - Ərdoğan jurnalistlərə bildirmişdi.
Ömər
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

