MDB
“Qiyamət” daha sürətlə yaxınlaşacaq: Qərbi ŞOKA SALACAQ XƏBƏR - - FOTO/VİDEO
Rusiyada hazırlanmış “Poseydon” atom sualtı pilotsuz təyyarəsi böyük sürətlə hərəkət edə biləcək.
Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinə müdafiə-sənaye kompleksindəki mənbə bildirib.
Pilotsuz aparat saatda təxminən 200 kilometrdən çox hərəkət edə biləcək.
Qeyd edək ki, əvvəlcə “Status-6” kimi məşhur olan “Poseydon” pilotsuz sualtı aparatının hazırlaması haqqında məlumat ilk dəfə 2015-ci ilin noyabrında yayılıb. Rusiya prezidenti Vladimir Putin 2018-ci il martın 1-də Federasiya Şurasına illik müraciətində belə silahın mövcudluğunu rəsmən təsdiq edib.
“Poseydon”un dəqiq taktik-texniki xarakteristikaları rəsmən açıqlanmır. Yalnız məlumdur ki, nüvə enerjisi ilə təchiz edilmiş sualtı aparat qeyri-məhdud məsafədə dərinliyə hərəkət etməyə qadirdir, kütləvi məhvedici silahdır və rəqibin iqtisadi obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. “Poseydon” nüvə başlıqları ilə təchiz oluna bilər. Məlumata əsasən, çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.
Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, “Poseydon” okean sularının istənilən istiqamətlərində ehtimal edilən rəqibin təyyarədaşıyan və gəmi zərbəçi qrupları ilə mübarizə aparmağa, qitələrarası uzaqlıqda rəqibin sahil infrastrukturunun obyektlərini vurmağa imkan verəcək.
Böyük Britaniya 2018-ci ilin aprelində “Status-6”-nı “Qiyamət günü”nun silahı adlandırdı. Məlumata görə, bu silah 300 fut böyüklüyündə sunami dalğaları yarada bilər. Belə güc isə bir çox iri ABŞ səhərlərini sular altında qoyaraq xəritədən silməyə kifayət edir.
Ömər
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı





























.png)


.jpg)



