MDB
Əraziləri azad etmək üçün PLAN HAZIRLANIR: müharibənin mümkün TARİXİ AÇIQLANDI
Rusiya və Ukrayna arasında müharibənin başlanması ehtimalı minimaldır.
Publika.az xəbər verir ki, bu haqda “Fakt” nəşrinə müsahibəsində Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.
Boqdanın sözlərinə görə, iki ölkə arasında müharibə Ukraynada prezident seçkilərinə qədər dəqiq olmayacaq. O hesab edir ki, Kreml Kiyevdə siyasi vektorun dəyişəcəyinə ümid edir. Boqdan həmçinin qeyd edib ki, hətta seçkilərin nəticələrindən asılı olmayaraq, tammiqyaslı müharibə olmayacaq.
General vurğulayıb ki, müharibə yalnız Rusiya qoşunlarının hücumu halında mümkündür. Bununla belə, Boqdanın sözlərinə görə, Kiyevi Kremlin tutmağa çalışdığı Belarus tərəfindən təhlükə gözləyir.
“Biz hücumu dəf etməyə hazırlaşırıq. Anlayırıq ki, təhlükə yalnız Rusiya tərəfindən gəlməyə bilər”, - o qeyd edib.
Bundan başqa, general bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Donbasın Kiyevin nəzarəti altına qaytarılması üzrə hərbi əməliyyatın planını işləyir. Ancaq Boqdan Ukraynanın hansı ssenarini tətbiq edəcəyini dəqiqləşdirməkdən imtina edib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Ömər
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı


































