MDB
Səmada QORXUNC ANLAR: bombardmançı təyyarələr TOQQUŞDU - (YENİLƏNDİ)
Rusiya Müdafiə Nazirliyi Uzaq Şərqdə “Su-34”-lərin toqquşması haqqında informasiyanı təsdiq edib.
“Yanvarın 18-də yerli vaxtla saat 08:07-də iki təyyarə plan tədris təlim uçuşu zamanı sahildən 35 kilometrdə Yapon dənizinin akvatoriyası üzərində toqquşub”, - məlumatda deyilir.
Qeyd edilir ki, hər iki təyyarənin ekipajları tullanıb, təyyarələr döyüş komplekti olmadan uçuş həyata keçirirdi.
***
Uzaq Şərqdə Rusiyanın iki “Su-34” qırıcı-bombardmançı təyyarəsi havada toqquşub.
Publika.az xəbər verir ki, bu haqda mənbəyə istinadən TASS agentliyi bildirib.
Mənbəyə görə, hadisə yanvarın 18-i axşam saatlarında baş verib.
“İki “Su-34” dəniz sahilinə yaxın ərazidə uçurdular və onlar havada toqquşdular. Bir təyyarənin ekipajı tullandı. Hər iki ekipajın taleyi haqqında hələ məlumat yoxdur”, - agentliyin materialında deyilir.
Eyni zamanda, “RİA-Novosti” agentliyi şəxsi mənbələrə istinadən bildirib ki, bir “Su-34” təyyarəsi Uzaq Şərqdə radarlardan idib. Jurnalistlərin məlumatına görə, hava gəmisinin ekipajı tullanmağı bacarıb.
Təyyarənin Xabarovsk diyarı və Saxalin arasında Tatar boğazında dənizə düşdüyü təxmin edilir.
“İnterfaks”ın məlumatında isə deyilir ki, hadisə Komsomolsk-na-Amur yaxınlığında baş verib.
Hadisənin digər detalları barədə məlumat yoxdur. Hələlik informasiya rəsmən təsdiqlənməyib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi




































.jpg)

.jpg)
