MDB
Moskvadan əzələ nümayişi: dünyada analoqu olmayacaq
Rusiyanın Hərbi-Hava Gücləri 2021-ci ildə “Tu-160” strateji bombardmançının yeni versiyasını alacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, yeni versiya “Tu-160M” daha mürəkkəb döyüş məsələlərini yerinə yetirə biləcək. Müdafiə naziri qeyd edib ki, təyyarə dünyada analoqu olmayacaq.
Nazir həmçinin qeyd edib ki, yeni təyyarə müdafiənin ən yeni kompleksi və unikal silahla təmin ediləcək. Şoyqu vurğulayıb ki, bu, adi və nüvə vasitələrinin tətbiqi zamanı onun döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Bundan başqa, təyyarə NK-32 mühərrikləri ilə təchiz edilir. Bu, təyyarənin uçuş müddəti və məsafəni əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, “Tu-160” (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerika istehsalı “B-1 Lancer”-ə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir.
Ömər
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

