MDB
Bütöv qitə məhv ediləcək və... – Rusiyanın GİZLİN HƏDƏFİ MƏLUM OLDU
Rusiyanın “Poseydon” strateji pilotsuz sualtı aparatlarının həqiqi hədəfi NATO-nun dağıdılmasından ibarətdir.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Business Insider” nəşrinə ekspertlər bildiriblər.
Qeyd edilir ki, sualtı aparatlar bütöv qitəni məhv edə bilərlər. Ekspertlərin fikrincə, bu aparatlar Amerika tərəfini Rusiyanın təcavüzünə cavab vermək fikrindən daşındıracaq.
Qeyd edilir ki, ABŞ öz sularını “Poseydon”ların radiasiyasına məruz qoymamağa qərar verəcək və özündən “Moskvanın təzyiqlərindən” Estoniyanın müdafiəsinin məqsədəuyğunluğu haqqında soruşacq. Ekspertlər güman edirlər ki, NATO-ya üzv ölkəyə dəstəyin göstərilməməsi ittifaqın yox olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, əvvəlcə “Status-6” kimi məşhur olan “Poseydon” pilotsuz sualtı aparatının hazırlaması haqqında məlumat ilk dəfə 2015-ci ilin noyabrında yayılıb. Rusiya prezidenti Vladimir Putin 2018-ci il martın 1-də Federasiya Şurasına illik müraciətində belə silahın mövcudluğunu rəsmən təsdiq edib.
“Poseydon”un dəqiq taktik-texniki xarakteristikaları rəsmən açıqlanmır. Yalnız məlumdur ki, nüvə enerjisi ilə təchiz edilmiş sualtı aparat qeyri-məhdud məsafədə dərinliyə hərəkət etməyə qadirdir, kütləvi məhvedici silahdır və rəqibin iqtisadi obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. “Poseydon” nüvə başlıqları ilə təchiz oluna bilər. Məlumata əsasən, çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.
Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, “Poseydon” okean sularının istənilən istiqamətlərində ehtimal edilən rəqibin təyyarədaşıyan və gəmi zərbəçi qrupları ilə mübarizə aparmağa, qitələrarası uzaqlıqda rəqibin sahil infrastrukturunun obyektlərini vurmağa imkan verəcək.
Böyük Britaniya 2018-ci ilin aprelində “Status-6”-nı “Qiyamət günü”nun silahı adlandırdı. Məlumata görə, bu silah 300 fut böyüklüyündə sunami dalğaları yarada bilər. Belə güc isə bir çox iri ABŞ səhərlərini sular altında qoyaraq xəritədən silməyə kifayət edir.
Pilotsuz aparat saatda təxminən 200 kilometrdən çox hərəkət edə biləcək.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)
