MDB
Türkiyə və Rusiya görünməmiş olaya İMZA ATACAQ - ABŞ-ı vahiməyə salacaq PLAN
“Türkiyə və Rusiyanın S-500 zenit raket kompleksinin istehsalında əməkdaşlıq etməsi görülməmiş olay olacaq”.
Publika.az xəbər verir ki, bunu Rusiya Dünya Silah Ticarəti Analizləri Mərkəzinin rəhbəri, “Natsionalnaya Oborona” dərgisinin baş redaktoru İqor Korotçenko deyib.
Hərbi mütəxəssis Türkiyənin bu layihəyə qətiyyətlə maraq göstərdiyini, Rusiya hərbi texnologiyalarının ABŞ-ın texnologiyalarına nisbətən daha öndə olduğunu bildirib.
“Rusiya hava və raket müdaifə sistemləri sahəsində dünyada lider mövqeyindədir. Türkiyə isə prezident (Rəcəb Tayyib) Ərdoğan şəxsində hərbi potensialını texnoloji məzmunda gücləndirməyə çalışır. Ankara Rusiyanın bu növ silahların istehsalında daha üst səviyyədə yer aldığını bilir. Türkiyənin aviasiya və kosmos sənayesinin inkişafı üçün lazımi texnologiyalara sahib ola bilcəyi Rusiya ilə əməkdaşlığın ona nələr qazandıracağını anlayır”- Korotçenko deyib.
Əməkdaşlığın xüsusiyyətlərini açıqlayan və Türkiyə üçün böyük əhəmiyyətinə toxunan hərbi mütəxəssis bildirib ki, S-500-lərin ixrac üçün nəzərdə tutulan istehsalının Rusiya ilə birlikdə ərsəyə gətirilməsi Türkiyə üçün cəzbedicidir: “Bu məsələdə tək məhdudiyyət Türkiyənin aviasiya və kosmos sənayesinin sahib olduğu imkanlar ola bilər. Lakin bu çətinliklər müvəqqətidir. Moskva Ankaranın müdafiə səneyisini inkişaf etdirmə arzusunu dəstəkləyəcək. İki ölkənin əməkdaşlığı həm silah istehsalında, həm də qarşılıqlı təmaslar baxımından görülməmiş olay olacaq. Hətta okeanın o tayındakı “ortaqların” da fikirlərini qarışdıracaq. Ərdoğan çox əvvəldən özünü müstəqil bir siyasi oyunçu kimi ortaya qoyub. Bu səbəbdən, ABŞ-ın təhdidlərinin özlərinə belə yararı olmaz”.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





