MDB
İşğal edilmiş ərazilərdə Rusiya SSENARİSİ REALLAŞIR?
Donbas münaqişəsi üzrə üçtərəfli əlaqə qrupunda Ukraynanın rəsmi nümayəndəsi, keçmiş prezident Leonid Kuçma bildirib ki, Kiyev Donbasda yerləşən aktivlərin onun hüquq sahəsinə qayıdışına qədər Donetsk və Luqansk “xalq respublikaları”na qarşı tətbiq olunan iqtisadi blokadanı çəkməyəcək.
Publika.az xəbər verir ki, bu haqda Kuçmanın mətbuat katiti Darka Olifer feysbuk səhifəsində bildirib.
Xatırladaq ki, Kuçma iyunun əvvəlində separatçı qurumlara qarşı tətbiq olunan iqtisadi blokadanı geri çəkməyi təklif etmişdi. Bu bəyanat Ukraynada geniş ictimai rezonans doğurdu. Belə ki, ölkənin sabiq prezidenti Petro Poroşenko bildirdi ki, hadisələrin belə inkişafı bu regionda Rusiya ssenarisinin reallaşdırılmasıdır.
İyunun 18-də isə bildirilirdi ki, “Ukrayna dəmir yolları” şirkəti Donbasla dəmir yol əlaqəsini bərpa etməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)