MDB
Ukrayna Baş nazirini kim istefaya göndərdi? - ŞOK DETALLAR
"Ukraynanın 34 yaşlı Baş naziri Aleksey Qonçaruk istefa verdi. Buna səbəb gizli səs yazısının bir neçə internet saytında yayılması oldu. Həmin səs yazısında Qonçarukun nazirlərə "Prezident Vladimir Zelenskinin iqtisadiyyatdan başı çıxmır və iqtisadi mövzularda beyni dumanlıdır" dediyi iddia olunur. Qonçaruk və onun tərəfdarları isə səsin saxtalaşdırıldığını iddia edirlər. Buna baxmayaraq, o, doğru olanı etdi, səs onun olmasa da, prezidentə münasibətdə şübhə yeri qalmasın deyə istefaya üstünlük verdi".
Bəs səs yazısını kim yazaraq saytlara servis edə bilərdi?

Publika.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadanlıq lazımdır: "Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərin həllini istəmirlər. Böyük ehtimalla, Ukrayna baş nazirinin gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə ictimaiyyətə çatdırıb.
Bəs Kolomoyski bu işə niyə qarışa bilərdi?
Məsələ burasındadır ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan "Privatbank"ı milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir. Kolomoyski həmin bankdan hakimiyyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə mühacirətdən geri qayıtdı. Ancaq Prezident Vladimir Zelenski və Baş nazir Aleksey Qonçaruk milliləşdirilən bankı Kolomoyskiyə qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, Kolomoyskinin növbəti hədəfi Vladimir Zelenskidir...".
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi





















.jpg)


.webp)










