MDB
Dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlının sərvəti azaldı
Dünyaca məşhur "Forbes" jurnalı Rusiyanın ən varlı 10 adamının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıda Azərbaycan əsilli iş adamı, "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov da yer alıb.
Rusiyanın ən varlı adamları sırasında 8-ci yerdə qərarlaşan Ələkbərovun sərvəti 651 milyon dollar azalaraq 19,3 milyard olub.
Qeyd edək ki, Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna olub.
Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "Lukoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "Lukoil" şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub. İqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.
Vahid Ələkbərovun 29 yaşlı oğlu Yusif Ələkbərov isə ötən il Rusiyanın ən varlı varisi seçilib. İş adamının 2019-cu ilin aprel ayına qədər оlan sərvəti 21,8 milyard dollar dəyərində hesablanıb. "Forbes" jurnalının siyahısında artıq dördüncü ildir yer alan Yusif "Rusiyanın ən varlı varisləri"ndəndir. V.Ələkbərovun vəsiyyətinə əsasən o, dünyasını dəyişəndə bütün var-dövləti yeganə oğlunun adına keçəcək. Yusif özü də bizneslə məşğuldur. O, neftdaşıma şirkətində çalışır və "Mercedes-Benz"in Rusiyadakı rəsmi dileridir. Eyni zamanda spirtsiz içki istehsal edən zavodu var.
Zümrüd
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var



















.jpg)





.jpg)



.jpg)









