MDB
Altay koronavirusdan sığortalanıb? - Ola bilsin ki, şamanlar... - VİDEO
Altay Respublikası və Çukotka Rusiyada koronavirus infeksiyasının qeydə alınmadığı yeganə bölgələrdir.
Publika.az xəbər verir ki, yerli sakinlər Rusiya mətbuatına COVID-19-a yoluxmağın qarşısını necə aldıqları barədə danışıblar. Bildirilib ki, bu ucqar bölgələrin insanları bütün təhlükəsizlik tədbirlərinə riayət edir, maska taxır, əllərini antiseptiklə silir və sosial məsafəni saxlayır. Təbii antiviral maddələrdən istifadə edirlər: soğan, sarımsaq, zəncəfil, "ivan çayı". Yeri gəlmişkən, bu çayda limondan iki dəfə çox C vitamini var.
"Ola bilsin ki, burada koronavirusun yayılmamasında şamanların, bəlkə də təmiz havanın rolu var. Qətiyyən ruhdan düşmək olmaz, hər şeyə rəğmən, yüksək əhval-ruhiyyədə qalmağı bacarmaq lazımdır", - deyə Selantiya Qorno (Altay sakini) çıxışında qeyd edib.
Yerli sakinlər bölgədə epidemiyanın yayılmamasına digər səbəblər kimi ərazinin böyük şəhərlərdən çox uzaq olmasını, Altaya yalnız təyyarə ilə gəlməyin mümkünlüyünü, hökumətin sərhədləri tez şəkildə bağlaması və turistlərin girişinin dayandırılmasını göstərirlər. Onlar koronavirusun təhlükəli olduğuna inanırlar.
"Qapalı nəqliyyat infrastrukturu var. Bölgəyə yalnız təyyarə ilə daxil ola bilərsiniz, bunlar görülən maksimum tədbirlərdir. Valideynlərimizi təcrid etdik, dostlarımız və qohumlarımızla təması məhdudlaşdırdıq, mümkün qədər evdə qalmağa çalışdıq, dükanlara gediş-gəliş minimum səviyyədədir", - deyə Anadır sakini Aleksandr Kolontsov qeyd edib.
Ümumiyyətlə, Çukotka və Altay əhalisi ehtiyac olmadan evdən çıxmamağa, ictimai yerlərə getməməyə və müəyyən edilmiş təcrid rejiminə riayət etməyə çalışır.
Qeyd edək ki, aprelin 5-də Altay Moskva ilə uçuşları dayandırdı və bölgədə aprelin 30-dək özünütəcrid rejimi tətbiq olundu.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

