MDB
Prezident karantinə alınacaq - Heyəti virusa yoluxdu - (YENİLƏNDİ)
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov karantinə alınacaq.
Publika.az xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə paradına səfər çıxan prezidenti müşayiət edən 2 nəfərdə koronavirus aşkarlanmasıdır.
Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, Jeenbekov və heyət üzvləri Rusiyada yola düşməzdən əvvəl COVID-19 testindən keçirilib və cavabları neqativ çıxıb. Pandemiya səbəbilə tətbiq edilən alqoritmə əsasən, Moskvada yenidən testdən keçirilən heyətdə bu dəfə virus aşkarlanıb. Onlardan biri Prezidentin Rəyasət Heyətinin Xarici Siyasət İdarəsinin sədri Daniyar Sadıkov, digəri isə mühafizəçidir.
****
14:14
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bu gün Moskvada keçirilən hərbi paradda iştirak edə bilməyib.
Publika.az xəbər verir ki, buna səbəb prezidentin nümayəndə heyətində koronavirusun aşkarlanmasıdır.
Rəsmi məlumatda bildirilir ki, hava limanında yoxlama zamanı prezidentin nümayəndə heyətinin iki üzvündə koronavirus aşkarlanıb.
Jeenbekovun Moskvaya gəldiyi, lakin paradda iştirakdan imtina etdiyi deyilir.
Asif, Zümrüd
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı

















.png)



















