MDB
Rusiyada çoxsaylı qətllər təşkil edən vəzifəli şəxs həbs edildi - FOTO
Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə İstintaq Komitəsi bildirib.
Qeyd edilir ki, cinayət işi mütəşəkkil cinayətkar qrup təşkil etməklə bağlı qaldırılıb.
İstintaqın məlumatına görə, Furqal sui-qəsd hadisəsinin və bir sıra sahibkarların qətlinin təşkilatçısıdır.
O, saxlanılıb. Yaxın vaxtlarda qubernatora qarşı ittihamlar irəli sürüləcək, istintaq onun barəsində həbs qəti imkan tədbirinin seçilməsini xahiş etmək niyyətindədir.
İş üzrə Furqaldan başqa daha dörd nəfər saxlanılaraq həbs edilib. İstintaq həmin şəxsləri cinayətkar qrupun aktiv iştirakçısı hesab edir. Onlara qarşı ittihamlar irəli sürülüb.
Komitədə bildiriblər ki, söhbət Xabarovsk ərazisində və Amur əyalətində 2004-2005-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Müstəntiqlər saxlanılan şəxslərin mütəşəkkil cinayətkar qrupun iştirakçıları kimi cinayət əməlləri barədə sübutları toplamaqda davam edirlər. Onların Xabarovsk ərazisində və Primorsk əyalətində törədilmiş başqa ağır cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
İş üzrə operativ tədriblər Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.(Report)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)