MDB
Peskovdan Fransaya TƏRS ŞİLLƏ: Rusiyada bu, mümkün deyil
Rusiyada “Charlie Hebdo” kimi bir dərgi çap oluna bilməz.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kommersant” radiosuna müsahibə verən Peskov bildirib ki, Rusiyanın qismən müsəlman ölkəsi olduğu unudulmamalıdır: “Rusiyada hakim din xristianlıqdır, amma burada 20 milyona yaxın müsəlman da yaşayır. Çoxmillətlilik və çoxməzhəblilik ölkəmizi bənzərsiz edir. Bütün məzhəblər bir-birinə tamamilə hörmət içində yaşayır. Bu səbəbdən, belə bir dərginin Rusiyada mövcudluğu qətiyyətlə mümkünsüzdür”.
Peskov Tanrı ilə bağlı karikaturaların hazırlanmasına Kremlin münasibəti sualına isə mövzunun çox çətin olduğunu və bununla bağlı rəsmi görüş bəyan etməyin mümkün olmadığını qeyd edib.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə 16 oktyabrda söz azadlığı ilə bağlı dərsində Məhəmməd peyğəmbərin karikaturalarını göstərən Samuel Pati adlı müəllimin başı kəsilərək öldürülmüşdü. Hökumət bundan sonra radikal İslamla mübarizə aparmaq üçün əməliyyatların artırılacağını bildirmişdi.
Karikaturaların aid olduğu “Charlie Hebdo” dərgisi İslamafobiyanın əsas mərkəzlərindən biri göstərilir.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





