MDB
Japarov Rahmonla danışdı: Birgə Komissiya yaradılır, 10 qırğız əsiri isə...
Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı Emomali Rahmon arasında ikinci dəfə telefon danışığı olub. İlk telefon danışığı dünən baş tutub.
Publika.az xəbər verir ki, Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, telefon danışığı zamanı sərhəddə gərginliyin tam aradan qaldırılması, hər iki tərəfdən hərbi texnikanın sərhəd zonasından geri çəkilməsi məsələləri müzakirə olunub.
Dövlət başçıları hər iki tərəfdən hərbi texnikanın geri çəkilməsini təftiş etmək üçün Birgə Komissiyanın yaradılmasını qərara alıblar.
Prezidentlər əmin olduqlarını bildiriblər ki, bu gün öz işinə başlayan Hökumətlərarası Komissiyanın üzvləri münaqişənin tam tənzimlənməsi üçün səy göstərəcəklər.
Dövlət başçılarının danışığından sonra Tacikistan tərəfi 10 qırğız əsirini geri qaytarıb. Onların arasında iki gün əvvəl oğurlanan İntenasional kəndinin icra başçısı Mirzabek Jumabayev də var.
Son məlumata görə, sərhəddə ölənlərin sayı 34 nəfərə çatıb, bunların 31-i hərbçi, 1-i tibb işçisidir. Münaqişədə 173 nəfər yaralanıb.
Tacikistan mətbuatının məlumatına görə, qarşıdurmada 10-a yaxın insan ölüb, 110 nəfər yaralanıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO















.jpg)





.png)





.jpg)











