MDB
Sərhəddə vəziyyət YENİDƏN KƏSKİNLƏŞDİ - Növbəti TOQQUŞMAYA DOĞRU
Qırğızıstanla Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən kəskinləşib.
Orta Asiya KİV-ləri xəbər verir ki, rəsmi Bişkek Qırğızıstan tərəfini sərhədlərin delimitasiyasına və demarkasiyasına dair əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib. Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin bu gün səhər yaydığı bəyanatda bildirilir ki, iyunun 4-də, təxminən saat 03.00 radələrində tacik tərəfi Oş vilayətinin Çon-Alay rayonunda, Unju Bulak adlanan ərazidə konteynerlər yerləşdirməyə başlayıb. Bununla da Tacikistan hərbçiləri Qırğızıstan ərazisinin içərilərinə doğru 1000 metrə qədər irəliləyib.

Habelə Tacikistan tərəfi sərhədə yüngül zirehli texnika, şəxsi heyət və avtomobil texnikası cəmləşdirir. Qırğızıstan tərəfi vəziyyəti nizamlamaq üçün Tacikistan tərəfi ilə əlaqə saxlamağa çalışsa da, tacik sərhədçiləri telefon zənglərinə cavab verməyiblər. Yaranmış vəziyyətlə bağlı Bişkekdən hökumət rəsmiləri sərhədə yollanıblar.
İki Orta Asiya respublikası arasında sərhəd münaqişəsi aprelin 28-də, “Qolovnoy” adlı sovet dövründə tikilmiş su anbarı ətrafındakı mübahisələrə görə başlayıb. Və sürətlə silahlı toqquşmaya çevrilib. Tankların və artilleriyanın da tətbiq edildiyi, iki gün davam edən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi və mülki şəxs həlak olub. Tərəflər aprelin 29-da axşam atəşin dayandırılması və hərbi bölmələrin sərhəddən geri çəkilməsi barədə razılıq əldə ediblər. (virtualaz.org)
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir







































