MDB
Putinlə Rahmon arasında KRİTİK MÜZAKİRƏ: sərhədin möhkəmləndirilməsi...
Tacikistan Prezidenti Emamali Rahmon Rusiyanın dövlət başçısı Vladimir Putinə telefonla zəng edərək son günlər Əfqanıstanda yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Publika.az Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezidentlər son günlər Əfqanıstanın şimal və şimal- şərqində, Tacikistan və digər Mərkəzi Asiya dövlətləri ilə həmsərhəd ərazilərdə yaranan hərbi-siyasi vəziyyətin gərginləşməsi, təhlükələrə qarşı birgə işin əlaqələndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, tacik sərhədçilərinin material-texniki bazasının yaxşılaşdırılması, bu istiqamətdə hər iki ölkənin əlaqəli qurumları arasında fəaliyyətin gücləndirilməsi, beynəlxalq və regional məsələlər barədə danışıblar.
Bildirilib ki, Tacikistan-Əfqanıstan sərhədi Müstəqil Dövlətlər Birliyinin (MDB) cənub sərhədi kimi strateji əhəmiyyət daşıyır və bu ərazilərdə təhlükəsizliyin qorunması vacib amildir.
Telefon danışığı zamanı Tacikistan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması məsələləri də diqqət mərkəzində olub.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO















.jpg)





.png)





.jpg)











