MDB
Nazir turistləri təhqir etdi - Əvəzində şiddətli töhmət aldı
Rusiyanın Kamçatka diyarının rəhbəri Vladimir Solodov ekologiya və təbii sərvətlər naziri Aleksey Kumarkova sosial şəbəkələrdə turizmin mənfi nəticələri barədə paylaşım etdiyinə görə şiddətli töhmət verib.
Publika.az xəbər verir ki, region rəhbəri bu intizam tədbirinin sonuncu xəbərdarlıq olduğunu bildirib.
“İstənilən fikir korrekt ifadə edilməli və vətəndaşlara hörmət ruhunda yazılmalıdır. Hörmətsizlik ifadə edən fikirlərdən və normadan kənar leksikadan istifadə yolverilməzdir. Bizim üçün, dövlət rəhbərləri üçün bu, ciddi pozuntudur”, - deyə V.Solodov bəyanatında bildirib.
Qeyd edək ki, A.Kumarkov Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Olqa Sanayevanın sözlərinə kəskin reaksiya verib. O.Sanayeva bildirib ki, çarter proqramı sayəsində ruslar 45 min rubl ödəməklə Moskvadan Kamçatkaya uça biləcəklər. Nazir A.Kumarkov isə buna cavab olaraq sosial şəbəkərdə yazıb ki, bu cür turlar Kamçatkanın təbiəti və iqtisadiyyatı üçün zərərlidir. Onun fikrincə, “regiona hər rublu xəsisliklə xərcləyən yaramaz çəyirtkələr” lazım deyil.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)