MDB
Peskovun xanımının şousunda iştirak ukraynalıya baha başa gəldi
Fiqurlu konkisürmə üzrə olimpiya çempionu (1992-ci il), Soçidəki buz şousunda çıxış edən ukraynalı Viktor Petrenko Ukrayna Fiqurlu Konkisürmə Federasiyasından xaric edilib. Onun federasiyanın vitse-prezidenti qismində səlahiyyətləri də dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Fiqurlu Konkisürmə Federasiyasının saytında məlumat yerləşdirilib.
“Ukrayna Fiqurlu Konkisürmə Federasiyasının Rəyasət Heyətinə federasiya üzvlərindən, idmançılardan və fiqurlu konkisürmə həvəskarlarından Petrenkonun əməlinə nəinki haqlı qəzəb, həm də bir insan və idmançı kimi ona hörmətsizlik ifadə edən çoxsaylı müraciətlər və məktublar daxil olub”, – deyə federasiyanın bəyanatında bildirilir.
Bundan əvvəl isə Ukrayna Milli Olimpiya Komitəsi V.Petrenkonun əməlini pisləyib.
Qeyd edək ki, V.Petrenko 2006-cı ilin olimpiya çempionu Tatyana Navkanın hazırda Soçidə keçirilən “Qırmızı çiçək” şousunda iştirak edir. O, iyul ayında olimpiya çempionu Kamila Valiyevanın canlandırdığı tamaşanın baş qəhrəmanı Nastenkanın atası rolunu oynayır.
Soçidə “Qırmızı çiçək” şousu sentyabrın sonuna kimi davam edəcək. Nastenka rolunu olimpiya çempionları Alina Zaqitova, Viktoriya Sinitsina və Tatyana Volosojar da ifa edəcəklər.
53 yaşlı Petrenko Odessadandır və hazırda ABŞ-da yaşayır. O, 1992-ci ildə MDB-nin Birləşmiş Komandasının tərkibində Albervilledə keçirilən olimpiya oyunlarının çempionu olub. SSRİ yığmasının tərkibində 1988-ci ildə Kalqaridə keçirilən olimpiadanın bürünc mükafatı da onun aktivindədir.
1975-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olan Tatyana Navka Rusiya Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır. Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar 2022-ci ilin martında ABŞ və Yaponiya T.Navkaya sanksiyalar tətbiq edib. 2022-ci ilin iyun ayından isə xanım Navka Avropa İttifaqının personal sanksiyaları altındadır.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular















.jpg)


















.jpg)

.jpg)