MDB
Putin Fərat çayının Suriyanın nəzarətinə qaytarılmasını TƏLƏB ETDİ
"Fərat çayının o tayında yerləşən Suriya ərazisi respublikanın qanuni hökumətinin nəzarətinə qayıtmalıdır".
Publika.az xəbər verir ki, Tehranda keçirilən sammitin yekunlarına dair müvafiq bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Putin Suriyada terrorla mübarizənin vacibliyini qeyd edib
Rusiya liderinin sözlərinə görə, Moskva Zaevfratyanın Suriya hakimiyyətinin nəzarətinə qaytarılmasının tərəfdarıdır.
Putin üçtərəfli sammitdə Suriyanın bu bölgəsindəki çətin vəziyyətinin müzakirə edildiyini vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, hazırda Fərat çayında xarici hərbi mövcudluğu möhkəmləndirməyə cəhdlər edilir. Rusiya bölgənin Suriya hakimiyyətinin nəzarətinə qaytarılmasında israrlıdır. Xarici hərbi mövcudluq bu kontekstdə ABŞ qoşunlarının bölgədə mövcudluğuna işarə edir.
Putin vurğulayıb ki, Rusiya, Türkiyə və İran Suriyada fəaliyyət göstərən beynəlxalq terrorçularla mübarizə aparmaq niyyətlərini təsdiqləyir.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə prezidentləri Tehranda Suriya probleminin sülh yolu ilə nizamlanmasına həsr olunmuş görüşün yekunları üzrə birgə bəyanat qəbul ediblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
